
Apple Vision Pro-nun sadələşdirilmiş versiyası üçün ekran istehsalçısı axtarılır
Elm & Texnologiya
31.08.2023
Emil
Apple şirkəti iyun ayında baş tutmuş WWDC 2023 konfransı çərçivəsində Vision Pro adlı qarışıq reallıq (AR + VR) cihazını təqdim etmişdi. Sözügedən cihaz gələn ilin əvvəlində satışa çıxmalıdır. The Information saytının verdiyi məlumata əsasən Apple hal hazırda Vision Pro üçün nəzərdə tutulmuş ekranların istehsalı ilə məşğul olacaq yeni istehsalçı axtarışındadır. Məlumatda qeyd edilib, şirkət bu mövzuda BOE və SeeYa adlı şirkətlər arasında seçim edəcək. Qeyd etmək lazımdır ki, Vision Pro üçün ekranların istehsalı ilə Sony şirkəti məşğul olur.
Lakin qarışıq reallıq cihazında olan ekranların istehsalat prosesi o qədər qəlizdir ki, Sony Apple şirkətinin böyük həcmdə ekran sifarişlərini yerinə yetirmək imkanına sahib deyil. Buna görə də Apple hal hazırda Vision Pro üçün ekran istehsalı ilə məşğul olacaq əlavə istehsalçı axtarışındadır. The Information saytının təqdim etmiş olduğu məlumatın ən maraqlı tərəfi isə ondadır ki, şirkət yeni istehsalçını təkcə Vision Pro üçün ekran sayını artırmaq yolunda axtarmır. Şirkət həmçinin yeni istehsalçını Vision Pro-nun sadələşdirilmiş versiyasının hazırlanmasında istifadə edəcək. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə qeyri-rəsmi məlumat verilmişdi ki, Apple öz qarışıq reallıq cihazının sadələşdirilmiş versiyasını hazırlayır. Onun 2025-ci ildə təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
