main-post-cover

    Apple Vision Pro-nun sahib olduğu batareyanın təqribi həcmi barəsində məlumat verilib

    Elm & Texnologiya
    07.06.2023
    Emil Nəcəfov
        Apple şirkəti öz qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqdim edən zaman qeyd etmişdi ki, o, bir dəfə şarj olunandan sonra cəmi 2 saat ərzində çalışır. Verilmiş yeni məlumata əsasən bunun əsas səbəbi MR cihazın kiçik həcmli batareyaya sahib olmasındadır. İnsayderlər Vision Pro-nun sahib olduğu batareyanın təqribi həcmi barəsində məlumat veriblər. Onların sözlərinə əsasən Apple şirkətinin ilk MR cihazı təqribi olaraq 6500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Əlavə olaraq insayderlər bildiriblər ki, 20 000 mAh enerji tutumlu xarici batareya Vision Pro-nun 6 saat ərzində çalışmasına yardımçı ola bilər. Heç istisna deyil ki, Apple nəticə etibarilə Vision Pro üçün ayrıca xarici batareyaları satışa çıxartsın.
    Linki kopyala