Logo
    main-post-cover

    Apple Vision Pro-nun tərtibatçılar üçün olan versiyası tərtibatçılara artıq təqdim edilir

        Apple Vision adlı qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazı yalnız gələn ilin əvvəlində satışa çıxacaq. Lakin şirkət onun tərtibatçılar üçün nəzərdə tutulmuş versiyasını artıq tərtibatçılara təqdim etməyə başlayıb. Bu, tərtibatçıların visionOS əsasında çalışacaq yeni tətbiqlərini hazırlamaları və ya artıq mövcud olan tətbiqlərini bu yeni əməliyyat sisteminə inteqrasiya etmələri üçün edilir. Vision Pro-nun tərtibatçılar üçün nəzərdə tutulmuş versiyasının əldə edilməsi istiqamətində şirkətin saytında müvafiq təlimat yerləşdirilib.
        Qeyd etmək lazımdır ki, Apple MR cihazın bu versiyasını tərtibatçılara həmişəlik deyil, müəyyən müddətlik təqdim edir. Buna görə də tərtibatçılar ondan diqqətli və ehtiyatlı şəkildə istifadə etməlidirlər. Vision Pro-nun tərtibatçılar üçün nəzərdə tutulmuş versiyasının təqdim olunmasından sonra şirkət həmçinin cihazın ayarlanması üzrə ilkin yardımı göstərəcək və öz mütəxəssisləri ilə istifadəçi interfeysi mövzusunda konsultasiya prosesini təklif edəcək.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...