Logo
    main-post-cover

    Apple Vision Pro Samsung-un genişləndirilmiş reallıq cihazı planlarını alt-üst edib

        Keçən ayın əvvəlində baş tutmuş WWDC 2023 konfransı çərçivəsində Apple şirkəti Vision Pro adlı qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqdim etmişdi. Şirkətin ilk MR cihazı gələn ilin əvvəlində 3500$-a satışa çıxacaq. İstifadəçilərin bu cihaz ətrafında mübahisə etdikləri bir vaxtda kütləvi informasiya vasitələrinin verdikləri məlumata əsasən Vision Pro Samsung şirkətinin bütün planlarını alt-üst edib. Məlumatda qeyd edilib ki, Samsung hal hazırda genişləndirilmiş reallıq (Extendent Reality / XR) cihazı üzərində çalışır.
        Şirkət onun kütləvi istehsalına 2024-cü ilin əvvəlində start verməyi planlaşdırırdı. Lakin Apple şirkətinin Vision Pro-nu təqdim etməsi Samsung-un öz planlarını dəyişməsinə səbəb olub. Məlumata əsasən Samsung XR cihazını yarım il təxirə salıb və onun ümumi konseptinə, dizaynına və əsas texniki imkanlarına yenidən nəzər yetirməyi qərara alıb. Samsung-un XR cihazı barəsində məlumat çox azdır. Məlumdur ki, cihaz üçün ekranlar Samsung DisplayBOE şirkətləri tərəfindən istehsal ediləcək. Cihaz barəsində daha çox məlumat çox güman ki, gələn il ortaya çıxacaq.
    Paylaş
    Bənzər xəbərlər