
Apple Watch 29 yaşlı qadının həyatını xilas edib
Elm & Texnologiya
24.06.2023
Emil
ABŞ-ın Ohayo ştatının Sinsinnati şəhər sakini Kimmie Watkins Apple Watch smart saatının onun həyatını necə xilas etməsindən danışıb. Qadın bildirib ki, Apple Watch onda 50%-lik ölüm ehtimalına səbəb olan patologiyaya gətirib çıxaracaq simptomları zamanında təyin edə bilib. Günlərin birində 29 yaşlı Kimmie Watkins baş gicəllənməsi və nəfəs darlığı halları ilə qarşılaşıb. Qadın bütün bunları sutka ərzində az miqdarda qidalanması ilə əlaqələndirib və problemləri sadəcə yuxu ilə həll etməyə çalışıb.
Lakin 90 dəqiqədən sonra qadın Apple Watch-un bildiriş səsinə oyanıb. Bildirişdə qeyd edilmişdi ki, Kimmie-nin ürək döyüntülərinin sürəti dəqiqədə 178 döyüntüyə yüksəlib. Bu səbəbdən də qadın həkimə müraciət edib. Aparılmış müayinələr zamanı qadında ağciyər emboliyası xəstəliyi aşkar edilib. Zamanında lazımı tədbirlərin görülmədiyi halda bu, bir çox halda ölümlə nəticələnən ciddi xəstəlikdir. Bununla yanaşı qadında pis qan laxtalanması da aşkar edilib.
Paylaş
Bənzər xəbərlər