
Apple Watch-da qandakı şəkər miqdarının ölçülməsi funksiyası nə zaman istifadəyə veriləcək?
Elm & Texnologiya
28.03.2023
Emil
Apple artıq uzun müddətdir ki, Apple Watch vasitəsilə qandakı şəkər miqdarının ölçülməsi funksiyası üzərində çalışır. Bloomberg saytının analitiki Mark Gurman öz növbəsində bu texnologiyanın hansı hazırlanma mərhələsində olduğu və onun nə zaman istifadəyə veriləcəyi barəsində məlumat verib. Apple öz smart saatlarına qandakı şəkər miqdarının ölçülməsi funksiyasını inteqrasiya etməyə hədəflənib və uzun illər ərzində bu texnologiya üzərində çalışır. Şəkərli diabet xəstəliyindən əziyyət çəkənlər bu cür potensial texnologiya sayəsində qan analizi üçün barmağın deşilməsi prosesindən azad ola biləcəklər.
Çox güman ki, barmağın deşilməsi prosesi əvəzinə Apple Watch-da xüsusi sensor reallaşdırılacaq və həmin sensor qandakı şəkər miqdarını təyin etmək üçün dərinin alt hissəsinə lazer işığını ötürəcək. Mark Gurman-ın sözlərinə əsasən Apple hələ bu texnologiyanı lazımi səviyyədə təkmilləşdirməlidir. Yalnız bundan sonra o bu texnologiyaya sahib Apple Watch-u satışa çıxara bilər. Bundan əlavə olaraq şirkət xüsusi sensorun ölçüsünü elə dərəcədə kiçiltməlidir ki, o, smart saatın daxilinə yerləşə bilsin. Gurman-ın sözlərinə əsasən bu prosesin yekunlaşması üçün 3-7 il vaxt lazım olacaq.
Paylaş
Bənzər xəbərlər