Apple Watch Series 4-də ürək ritminin yoxlanılması funksiyası yalnız ABŞ'da aktiv olacaq

13.09.2018 0 PAYLAŞIM 238 OXUNMA

    Dünənki təqdimatda yeni iPhone modellərindən başqa Apple şirkəti həmçinin Apple Watch Series 4 smart saat modelini də təqdim etdi. Təqdim olunmuş yeni Apple Watch Series 4 elektrokardioqramma özəlliyini və elektrokardioqrafiya tətbiqini əldə etdi. Lakin pis xəbər ondan ibarətdir ki, bu funksiyalar yalnız ABŞ ərazisində aktiv olacaq. Apple şirkətinin saytındakı məlumata əsasən elektrokardioqramma funksiyasını işə salan elektrokardioqrafiya tətbiqi bir qədər sonra aktivləşdiriləcək.


    Yəni smart saatın satışlarına start verilməsindən sonra onu alacaq istifadəçilər həmin funksiyadan istifadə edərək öz ürəklərinin vəziyyəti barəsində məlumat əldə edə bilməyəcəklər. Bu bir qədər sonra reallaşdırılacaq. Məyus edən digər bir fakt isə ondan ibarətdir ki, elektrokardioqrafiya tətbiqi yalnız ABŞ-da satılacaq Apple Watch Series 4 modellərində aktiv olacaq. Həmin funksiyanı smart saatda sadəcə region dəyişməklə də işə salmaq mümkün olmayacaq.

    Çox güman ki, bu məhdudlaşdırıcı qərarın səbəbi ondadır ki, Apple şirkəti Apple Watch Series 4-ün satılacağı hər bir ölkənin nizamlayıcı orqanından icazə almalıdır. Havayı yerə təqdimat zamanı şirkət qeyd etməmişdi ki, yeni smart saatlar FDA (ABŞ-ın qida məsulları və dərman preparatlarının keyfiyyətinə görə sanitar nəzarəti idarəsi) tərəfindən sertifikatlaşdırılıb. Apple Watch Series 4-də kardioqrammanı əldə etmək üçün istifadəçi elektrokardioqrafiya tətbiqini işə salmalı və öz barmağını Digital Crown düyməsinə yerləşdirməlidir. 30 saniyədən sonra isə saatın ekranında istifadəçinin ürəyinin iş vəziyyəti barəsində məlumat əks olunacaq.