
Apple Watch Series 9 smart saatı bir qədər kiçik ölçüyə sahib ola bilər
Elm & Texnologiya
07.08.2023
Emil
Apple şirkətinin gələn ay iPhone 15 smartfon seriyası ilə birlikdə Apple Watch Series 9 smart saatını da təqdim edəcəyi gözlənilir. İndi isə insayderlər sözügedən smart saat barəsində yeni məlumatları təqdim ediblər. İnsayderlərin sözlərinə əsasən Apple şirkəti Watch Series 9-un ölçülərini kiçiltmək qərarına gəlib. Bununla yanaşı şirkət ilk dəfə smart saatın çəhrayı gövdə rənginə sahib versiyasını satışa çıxaracaq.
Daha öncəki məlumatlara əsasən Apple Watch Series 9 yeni prosessor ilə təchiz olunacaq və bir dəfə şarj olunandan sonra daha uzun müddət ərzində çalışa biləcək. Apple Watch Series 9-da istifadəçi səhhətinin müxtəlif göstəricilərinin ölçülməsi üçün nəzərdə tutulmuş sensorlar dəyişilməz olaraq qalacaq. Smart saat əvvəlki modellər kimi ürək nəbzini və qandakı oksigen miqdarını ölçə və elektrokardioqrammanı reallaşdıra biləcək.
Paylaş
Bənzər xəbərlər