main-post-cover

    Apple Watch Series 9 və Watch Ultra 2-nin sahib olduqları batareyaların həcmləri məlum olub

    Elm & Texnologiya
    18.09.2023
    Emil Nəcəfov
        iPhone 15 smartfonlarının sahib olduqları batareyaların həcmlərinin ardınca həmçinin Apple şirkətinin yeni smart saatlarının da batareya həcmləri məlum olub. Söhbət, Apple Watch Series 9-dan və Watch Ultra 2-dən gedir. Şirkətin yeni smart saatlarının batareya həcmləri Çinin normativ məlumatlar bazası sayəsində ortaya çıxıblar. Beləliklə məlumata əsasən Apple Watch Series 9 keçən ilki Watch Series 8-in sahib olduğu batareyaları özündə birləşdirir.
        Belə ki, Apple Watch Series 9-un 41 mm ölçülü gövdəyə sahib versiyası 282 mAh, 45 mm ölçülü gövdəyə sahib versiyası isə 308 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Buna görə də şirkətin yeni smart saatların bir dəfə şarj olunandan sonra 18 saat ərzində çalışa bildiklərini söyləməsi təəccüblü deyil. Belə ki, keçən ilki Apple Watch Series 8 də eyni müddət ərzində çalışır. Apple Watch Ultra 2 -yə gəldikdə isə onun batareya həcmi bir qədər böyükdür.
        Belə ki, sözügedən smart saat 564 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Apple Watch Ultra modeli 542 mAh enerji tutumlu batareya ilə təchiz olunur. Yeni Watch Ultra 2-də batareya həcminin bir qədər böyüməsinə baxmayaraq onun bir dəfə şarj olunandan sonra çalışma müddəti keçən ilki Watch Ultra-nın çalışma müddəti ilə eyni səviyyədədir. Yəni 36 saat. Çox güman ki, bu, Apple Watch Ultra 2-nin daha parlaq ekran ilə təchiz olunması ilə əlaqəlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər