Logo
    main-post-cover

    Apple Watch Ultra 2 haqqında yeni məlumatlar verilib

        Apple şirkəti gələn ay növbəti təqdimat tədbirini keçirəcək. Həmin tədbirdə əsas diqqət iPhone 15 smartfon seriyasına ayrılacaq. Lakin bununla belə şirkətin gələn ay həmçinin Apple Watch Ultra 2 smart saatını da təqdim edəcəyi gözlənilir. İndi isə insayderlər Apple Watch Ultra 2 barəsində yeni məlumatları təqdim ediblər. Onların sözlərinə əsasən yeni smart saat bazarda iki gövdə rəngində satışa çıxacaq. Gümüşü və qara.
        Bununla yanaşı məlumatda qeyd edilib ki, keçən il təqdim edilmiş Apple Watch Ultra kimi Watch Ultra 2 də titan materialdan hazırlanmış gövdə ilə təchiz olunacaq. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple yeni Watch Ultra modelinin bəzi elementlərini 3D çap vasitəsilə hazırlamağı planlaşdırır. Gözləntilərə əsasən bu öz növbəsində smart saatın çəkisini və istehsalat xərclərini aşağı salmağa imkan verəcək. Üstəlik Apple Watch Ultra 2-nin bir qədər böyüdülmüş ekran və yeni prosessor ilə təchiz olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər