
Apple Watch-un bədənə bərkidilməsi bandı patentləşdirilib
Elm & Texnologiya
11.07.2023
Emil
ABŞ-ın Patentlər və Əmtəə Nişanları İdarəsində Apple şirkətinin yeni patent sorğusu ortaya çıxıb. Patent sorğusunda olan fotolara və təsvirlərə əsasən şirkət Apple Watch-un və ya onun komponentlərinin istifadəçinin sinə və ya ayaq nahiyəsinə bərkidilıməsi üçün nəzərdə tutulmuş xüsusi band üzərində çalışır. Bazarda sinə nahiyəsinə bərkitmək üçün nəzərdə tutulmuş idman formatlı sensorlar artıq mövcuddur. Görünür, Apple öz növbəsində bu cür kateqoriyaya daxil olan cihazlarla rəqabət aparmaq niyyətindədir və smart saatın ölçmə nəticələrinin daha dəqiq olmaları üçün onun sinə nahiyyəsinə bərkidilməsi bandını patentləşdirib.
Fotolara əsasən demək olar ki, patentləşdirilmiş band adi yara bandını xatırladır. Smart saatın gövdəsi ilə birləşmək üçün band xüsusi interfeysə sahibdir. Smart saatın bu üsul vasitəsilə ürəyə yaxın bərkidilməsi ürək döyüntülərinin ölçülməsini və elektrokardioqrafiya nəticələrini daha da dəqiq edir. Bandın əsasını kley əsaslı elastiki material təşkil edir. Məhz onun hesabına bandı dəriyə birləşdirmək olar. Bu halda bandın əks tərəfində smart saat yerləşməlidir. Apple şirkətinin bu orijinal aksesuarının nə zaman satışa çıxacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər