Logo
    main-post-cover

    Apple WWDC 2023 konfransının keçirilmə tarixlərini açıqlayıb

        Apple şirkəti tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2023 konfransının keçirilmə tarixini rəsmi şəkildə açıqlayıb. Beləliklə verilmiş rəsmi məlumata əsasən bu ilki WWDC konfransı 5 iyundan 9 iyuna kimi keçiriləcək. Konfransın ilk günü offline şəkildə, qalan günləri isə online şəkildə baş tutacaq. Baş tutacaq WWDC 2023 konfransı çərçivəsində şirkət iOS 17, iPadOS17, yeni macOS əməliyyat sistemlərini təqdim etməlidir. Son məlumatlara əsasən şirkət ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını da məhz WWDC 2023-də anons edəcək. Şirkət əlavə olaraq konfrans çərçivəsində MR cihazını sərgiləyə də bilər. Əlavə olaraq yeni MacBook Pro ilə MacBook Air-in təqdimatını gözləmək olar.
    Paylaş
    Bənzər xəbərlər