Logo
    main-post-cover

    Apple yaxın gələcəkdə ABŞ-da istehsal ediləcək prosessorları öz cihazlarında istifadə edəcək

    Elm & Texnologiya
    16.11.2022
    Emil
        Bloomberg saytının verdiyi məlumata əsasən Apple şirkəti Arizona ştatında inşa edilən zavodda istehsal ediləcək prosessorları öz cihazlarında istifadə edəcək. Bu cür addım şirkətin Asiya regionundakı istehsalat prosesindən asılılığını aşağı salacaq. Bu barədə məlumatı Apple CEO-su olan Tim Cook şirkət daxilində mühəndislər ilə danışıqlar aparan zaman təqdim edib. O həmçinin qeyd edib ki, Apple öz prosessorlarını Avropadakı zavodlarda da istehsal edə bilər. Bloomberg qeyd edib ki, Arizona ştatında inşa edilən zavodu məhz TSMC şirkəti idarə edəcək. TSMC isə öz növbəsində prosessor istehsalı mövzusunda Apple şirkətinin eksklüziv partnyorlarından biridir.
        İnşa edilən zavodun 2024-cü ildə istifadəyə verilməsi gözlənilir. TSMC hətta ABŞ-da ikinci zavodun inşa edilməsini də planlaşdırır. Intel şirkəti də Arizonada zavoda sahib olacaq və o da 2024-cü ildə istifadəyə veriləcək. Qeyd etmək lazımdır ki, uzun illər ərzində Apple şirkətinin əsas prosessor istehsalçısı idi. Lakin çətin ki, Intel həmin vəziyyəti geri qaytara bilsin. TSMC-nın verdiyi məlumata əsasən ilkin mərhələdə yeni zavod ay ərzində 20 000 ədəd 5 nanometrlik prosessor istehsal edəcək. Apple isə öz cihazlarında artıq 4 nanometrlik prosessorlardan istifadə edir və artıq 3 nanometrlik texnoloji prosesə keçidə hazırlaşır. Bununla belə şirkət Arizonadakı zavodu digər komponentlərin istehsalı üçün də istifadə edə bilər. Bu halda TSMC-nın 3 nanometrlik prosessorların istehsalına keçidi üçün əlavə vaxt olacaq.
    Paylaş
    Bənzər xəbərlər