Apple yaxın gələcəkdə iPhone-larda Touch ID texnologiyasına geri qayıdacaqmı?

Apple yaxın gələcəkdə iPhone-larda Touch ID texnologiyasına geri qayıdacaqmı?

Texnologiya
03.10.2022 PAYLAŞIM

    Apple 2017-ci ildə iPhone X-dən başlayaraq öz flaqman smartfonlarında Touch ID texnologiyasından imtina etmişdi. Onun yerinə şirkət Face ID texnologiyasına keçid etdi. Həmin vaxtdan indiyənə kimi Apple şirkətinin öz smartfonlarında Touch ID texnologiyasına geri qayıdacağı barəsində çoxlu sayda məlumat ortaya çıxıb. Lakin Bloomberg saytının jurnalisti Mark Gurman-ın sözlərinə əsasən şirkətin sözügedən texnologiyaya geri qayıtma ehtimalı çox azdır. Mark Gurman-ın vermiş olduğu yeni məlumatda qeyd edilib ki, Apple Touch ID texnologiyasının iPhone-lara inteqrasiyası üzrə müxtəlif üsulları test edib. Onların arasında texnologiyanın iPad Air iPad mini-də olduğu kimi yandırıb/söndürmə düyməsinə və ekranın alt hissəsinə inteqrasiyası olub.

    Mark Gurman-ın fikrincə Apple tərəfindən bu texnologiyanın müxtəlif üsullar vasitəsilə test edilməsinə baxmayaraq çətin ki, şirkət yaxın gələcəkdə iPhone modellərində Touch ID-ə geri dönüş etsin. “Son illərdə Apple şirkətində Touch D texnologiyasının flaqman iPhone modellərinə geri qaytarılması mövzusu üzrə müzakirələr aparılıb. Şirkət ekrana və hətta yandırıb/söndürmə düyməsinə inteqrasiya edilmiş Touch ID-ni test edib. Hal hazırda mənim fikrimcə Face ID texnologiyası olduğu kimi qalacaq, Touch ID isə flaqman iPhone modellərinə geri dönməyəcək. Hər halda yaxın gələcəkdə bu belə olacaq” - deyə Mark Gurman qeyd edib.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR) cihazının unikal özəllikləri barə..

Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz ilk qarışıq rea..


Xiaomi-nin ilk elektromobilinin dizayn özəllikləri sərgilənib

Xiaomi şirkəti öz ilk elektromobili barəsində istənilən məlumatı hələ ki, sirr olaraq saxlayır...


OnePlus-ın ilk mexaniki klaviaturasının fotosu təqdim edilib

91mobiles saytı OnePlus şirkətinin ilk mexaniki klaviaturasının fotosunu əldə edib və onun barəsində..


Samsung iki istiqamətdə qatlana bilən yeni ekranını sərgiləyib

Samsung-un tərkibinə daxil olan Samsung Display şirkəti Flex In & Out adlı yeni qatlana bilən ek..


Apple HomePod 2 smart səsgücləndiricisini təqdim edib - QİYMƏTİ

Apple şirkəti HomePod adlı smart səsgücləndiricisinin ikinci versiyasını təqdim edib.


Tesla-nın 2016-cı ildəki avtopilot sistemi videosu tamamilə quraşdırılma imiş (V..

Tesla şirkəti 2016-cı ildə Model X elektromobili ilə bağlı reklam videosu təqdim etmişdi.

×