Apple yenə məhkəməlik oldu: iPhone'larda istifadə edilən 2 funksiyanın patenti oğurluqdu
Elm & Texnologiya
01.05.2018
Nijat Hamid
Apple şirkəti bir çox patent səbəbi ilə məhkəmələrlə bağlı problemlərlə üzləşir. Bunlardan biri isə Corephotonics şirkəti ilə oldu. Belə ki, şirkət iddia edir ki, Apple iPhone telefonlarında özlərinə məxsus patenti istifadə edirlər, əslində oğurluq bir şəkildə desək daha doğru olar. İsrail mənşəli bir şirkət olan Corephotonics "Miniatür Telefoto Lens" deyilən bir sistemi Apple şirkəti iPhone telefonlarında kamera təchizatında 2 ildirki işlədir.
Telefoto Lens sistemi və iOS sistemi ilə gələn "Maşın sürərkən narahat etmə" funskiyasının patentləri alınmadığı üçün Corephotonics şirkəti Apple-ı məhkəməyə verdi.
Corephotonics-in iddialarına görə, Apple ilə 2012-ci ildə görüşmələr olmuş, bu sistem haqqında danışıqlar getmiş və sonrasında isə Apple test üçün bir kamera modulu belə istəmişdir. Lakin sonra Apple müqavilədən imtina etmiş və bir daha sözü gedən şirkət ilə əlaqələr olmamışdır. 2 il ərzində Appe iPhone 7, 8 və X modellərində bu modulun bənzərini istifadə etmiş və patentini almamışdır.
Digər tərəfdən "Maşın sürərkən narahat etmə" funksiyası isə Allied Signal adlı şirkət tərəfindən daha əvvəl patentləşdirilmişdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ