
Apple yeni Apple Pencil üzərində çalışır
Elm & Texnologiya
04.10.2023
Dünən məlumat ortaya çıxdı ki, Apple şirkəti 2025-ci ildə Apple Watch Ultra smart saatını micro-LED ekranla təchiz edəcək. Beləliklə şirkətin micro-LED ekranla təchiz olunacağı ilk məhsul məhz smart saat olacaq. İndi isə məlumat ortaya çıxıb ki, Apple micro-LED ekranlı Apple Watch Ultra ilə yanaşı həmçinin yeni Apple Pencil stilusu üzərində də çalışır. Söhbət, Apple Pencil 3-dən gedir. Məlumata əsasən Apple Pencil 3 stilusu Lightning girişi əvəzinə USB-C girişini əldə edəcək. Bununla yanaşı yeni stilus müxtəlif özəlliklərə sahib dəyişdirilə bilən başlıqlara sahib olacaq. Onları stilusa maqnit vasitəsilə bərkitmək mümkün olacaq. Apple Pencil 3-ün nə zaman təqdim olunacağı bilinmir. Ola bilər ki, Apple öz yeni stilusunu gələn il yenilənmiş iPad Pro ilə birgə təqdim etsin.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...