Logo
    main-post-cover

    Apple yeni iPad-lərin satışlarına hazırlaşır

        Apple şirkətinin öz son iPad planşetlərini təqdim etməsindən artıq 1 il ötüb. Belə ki, şirkət keçən ilin oktyabr ayında iPad 10-u və M2 prosessoruna sahib iPad Pro-nu təqdim etmişdi. Lakin insayderlərin vermiş olduqları yeni məlumata əsasən şirkət artıq yeni iPad modellərinin satışa çıxarılmasına hazırlaşır. Məlumata əsasən şirkət yaxın zamanda iPad mini 7 modelini təqdim etməlidir. Çox güman ki, iPad mini 7 modeli iPad mini 6-nın xarici görünüşünü özündə saxlayacaq və bununla belə yeni prosessor vasitəsilə çalışacaq.
        Qeyd etmək lazımdır ki, hal hazırda aktual olan iPad mini 6 planşeti 2021-ci ilin sentyabr ayında satışa çıxmışdı və o, iPhone 13-ün sahib olduğu A15 Bionic prosessoru vasitəsilə çalışır. Bununla yanaşı məlumatda qeyd edilib ki, şirkət həmçinin yeni adi iPad modelini də təqdim etməyi planlaşdırır. Söhbət iPad 11-dən gedir. Hal hazırda aktual olan iPad 10 modeli keçən il təqdim olunmuşdu. O, iPad Air-in dizaynına sahibdir və A14 Bionic prosessoru vasitəsilə çalışır. Nəzərə almaq lazımdır ki, Apple hal hazırda üstəlik yeni iPad Air modeli və M3 prosessoruna sahib olacaq yeni iPad Pro modelləri üzərində çalışır. Bu yeni planşetlərin nə zaman təqdim olunacaqları isə bilinmir.
    Paylaş
    Bənzər xəbərlər