Apple yeni iPhone'lar sayəsində heç olmadığı qədər daha çox pul qazanır
Elm & Texnologiya
24.09.2018
Farid Pardashunas
Bloomberg saytının verdiyi məlumata əsasən Apple şirkəti 512
GB daxili yaddaşa sahib hər bir iPhone modeli sayəsində 134$ daha çox vəsait əldə
edir. Şirkət 512 GB daxili yaddaşa sahib modeli 64 GB daxili yaddaşa sahib
modeldən 350$ baha qiymətə satır. Daxili yaddaşlar arasındakı maya dəyəri fərqi
isə 132$ təşkil edir. Öz cihazlarında böyük yaddaş həcmi Apple şirkətinin
satışları qaldırması üzrə bir strategiyadır və şirkət uzun illərdir ki, bu
yolla gedir.
Keçən ilki iPhone 8 və iPhone X modellərinin təqdimatından qabaq
şirkət aralarında 100$ qiymət fərqi olan 3 versiyada smartfon modelləri təqdim
edirdi. Alıcılar isə maksimal yaddaş həcmini əldə etmək üçün 200$ ödəməyə hazır
oldular. Keçən il şirkət yalnız 64 və 256 GB daxili yaddaşa sahib smartfon
modellərini təqdim etmişdi. Onlar arasında qiymət fərqi isə 150$ idi. Beləliklə
Apple şirkəti 256 GB daxili yaddaşa sahib versiyanı seçmiş alıcıların hesabına
107 milyon dollar təmiz gəlir əldə etmişdi.
Yeni iPhone modellərinə gəldikdə,
256 və 512 GB daxili yaddaş versiyaları arasındakı qiymət fərqi 200$ təşkil
edir. Bu isə o deməkdir ki, bu il şirkət maksimal daxili yaddaş həcminə sahib
smartfonlar hesabına heç olmadığı qədər daha çox vəsait əldə edir. Bloomberg həmçinin
bildirib ki, bu il NAND flash yaddaşının qiyməti aşağı düşüb. Lakin şirkət öz
smartfon qiymətlərini aşağı salmaqdan imtina edib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ