Logo
    main-post-cover

    Apple yeni məhkəmə prosesinə cəlb olunub

    Apple şirkəti yenidən məhkəmə prosesi ilə qarşılaşıb. Bu dəfə istifadəçilər şirkəti patent hüquqlarının pozulmasında deyil, öz AppleCare zəmanət qaydalarının yerinə yetirilməməsi ilə bağlı ittiham edirlər. Apple-ı məhkəməyə vermiş Vicky Maldonado və Joanne McRight-ın sözlərinə görə şirkət onlara AppleCare zəmanət proqramı çərçivəsində yeni iPhone modelini təqdim etməli olduğu halda o təmir olunmuş iPhone modelini istifadəçilərə təqdim edib. Zəmanət xidmətinin şərtlərinə əsasən servis mərkəzində aradan qaldırıla bilinməyən problemin yarandığı halda şirkət istifadəçiyə həmin cihazın yenisini təqdim etməlidir. İstifadəçilər qeyd ediblər ki, onlar servis mərkəzinə gəldikləri zaman onlara yeni cihaz əvəzinə təmir edilmiş cihazları təqdim ediblər. Onların fikrincə bu cür hal zəmanət xidmətinin şərtlərinin pozulması deməkdir. Bundan əlavə olaraq Apple-ı təkcə zəmanət şərtlərinin pozulmasında deyil, həmçinin alış-veriş müqaviləsinin şərtlərinin pozulması, istifadəçilərdən məlumatların gizlədilməsi, yalançı marketinq, məhsul nişanlanması qaydasının pozulması ilə əlaqədar olaraq ittiham ediblər. Baxmayaraq ki, məhkəməyə iki alıcı müraciət edib, əgər məhkəmə işin nəticəsində alıcıları dəstəkləsə 11 İyul 2011-ci il tarixindən bu yana ödənişli AppleCare və AppleCare+ zəmanət xidmətini əldə etmiş bütün istifadəçilər şirkətdən kompensasiya tələb edə biləcəklər.

    Paylaş
    Bənzər xəbərlər