Logo
    main-post-cover

    Apple yenilənmiş MagSafe Battery Pack üzərində çalışır

        iPhone 15 smartfon seriyasının təqdimatından sonra Apple şirkəti MagSafe Battery Pack xarici batareyasının istehsalını və satışlarını dayandırdı. Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən şirkət bu xarici batareyanın yeni modeli üzərində çalışır. Məlumatda qeyd edilib ki, yenilənmiş MagSafe Battery Pack modeli özündə Lightning girişi əvəzinə USB-C girişini birləşdirəcək. Bundan əlavə olaraq yeni batareya eyni anda iki smartfonu və digər batareyaları şarj etmək imkanlarını əldə edəcək. Yenilənmiş MagSafe Battery Pack-ın nə zaman satışa çıxacağı bilinmir. O ya bu ilin sonuna kimi ya da gələn ilin əvvəli satışa çıxa bilər.
    Paylaş
    Bənzər xəbərlər