
Apple öz milyardıncı iPhone cihazını satıb
Elm & Texnologiya
07.05.2017
Farid
Apple CEO-u Tim Cook bildirib ki, şirkət öz milyardıncı
iPhone cihazını satıb. Bu barədə o Kupertino-da əməkdaşlar ilə keçirilmiş görüş
zamanı qeyd edib. "Biz daha bir dövrü geridə qoyduq” – deyə Tim Cook bildirib.
O qeyd edib ki, şirkət heç vaxt hamıdan çox qazanmağı özünə məqsəd kimi
qoymayıb. "Biz həmişə dünyanı dəyişəcək məhsulları istehsal etməyə səy göstərmişik”
– deyə o bildirib. Dünyanı dəyişmək üçün edilən gündəlik səylərə görə Tim Cook
şirkətin bütün əməkdaşlarına öz minnətdarlığını bildirib. Bazarda müxtəlif növ
smartfonların çıxmasına və rəqabətin artmasına görə iPhone cihazlarının
satışları son illər ərzində aşağı düşüb. Lakin Cook-un fikrincə bu cihaz ən
uğurlu məhsullardan birinə çevrillərək bazara müəyyən dərəcədə təsirini göstərib.
Paylaş
Bənzər xəbərlər