Logo
    main-post-cover

    “Apple”dan Android istifadəçilərinə jest: iMessage tətbiqi Androidə gəlir!

    iOS və Android əməliyyat sistemlərinin məşhurluğu mübahisə edilə bilməz, ancaq söhbət "Apple”ın tətbiqlərindən gedirsə işin rəngi bir qədər dəyişir.

    Uzun illərdir "Apple”ın iPhone telefonlarında dostlarımızla aramızdakı əlaqəni iMessage vasitəsilə yaradırdıq. Tətbiqlə bağlı bildirə biləcəyimiz tək mənfi fikir, sadəcə iOS əməliyyat sistemində işləməsi idi. Ancaq "Apple”ın açıqlamasına görə iMessage-in bir də Android versiyası gəlir.
     
     
    Uzun zamandır iMessageAndroid əməliyyat sisteminə görə uyğun hala gətirməyə çalışan "Apple”, tətbiqin nə vaxt təqdim ediləcəyi ilə bağlı bir məlumat verməyib. Əlavə olaraq tətbiqin Androidin hansı versiyalarında işləyəcəyi də bilinmir..
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    “Apple”dan Android istifadəçilərinə jest: iMessage tətbiqi Androidə gəlir! | Technote