
"Apple"dan yeni Beats Qulaqcıqları
Elm & Texnologiya
07.05.2017
Farid
"Apple”ın 7 Sentyabr tarixində keçirəcəyi mərasimdə iPhone 7 modeli rəsmi olaraq təqdim
ediləcək. Apple təqdimat mərasimində, iPhone 7-dən əlavə olaraq yeni Beats Qulaqcıqlarını da təqdim edə bilər!
"Technote.az”
olaraq sizə, "Apple”ın 7 Sentyabr 2016-cı ildə reallaşdıracağı mərasimdə bir
çox yeni məhsulunun təqdimatını edəcəyini xəbər vermişdik. Mənbələrimizdən
aldığımız yeni məlumatlara əsasən deyə bilərik ki, təqdimat zamanı düşündüyümüzdən
daha çox yeni məhsul ilə qarşılaşa bilərik.
Bunlardan
biri də "Dre Products” məhsulu olan yeni Beats qulaqcıqlardır.
Beats
PR Komandası tərəfindən səhvən göndərilən bir e-poçt, bu mövzuda iddiaların
gündəmə gəlməsinə səbəb oldu.
Beats
PR komandasının mesajında: İstifadəçilərin 7 Sentyabr 2016-da reallaşacaq "Apple
Təqdimat Mərasimini” qaçırmamalı olduqlarını, çünki bu tarixdə "Dre Products”
istehsalı yeni Beats qulaqcıqlarının da təqdim ediləcəyi bildirilirdi.
Mütəxəssislərin
fikrincə isə "Apple”ın mövzu ilə bağlı rəsmi bir açıqlama etməməsi səbəbindən,
mövzu ilə bağlı yayılan xəbərlər tam olaraq əsaslı sayılmır.
Bəzi
analitiklər isə yeni nəsil iPhone cihazlarına özəl olaraq hazırlanmış Beats qulaqcıqlarının, özləri baxımından sürpriz olmadığını, bunu əvvəlcədən təxmin
etdiklərini bildirirlər.
"Apple”ın gələn həftə keçirəcəyi mərasimdə iPhone 7, Beats qulaqcıqlarına əlavə olaraq Apple Watch 2 məhsulunu da təqdim etməsi gözlənilir.
Paylaş
Bənzər xəbərlər