
"Apple"ın yeni cihazının ilk görüntüsü sızdırılıb (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
"Apple”ın yeni cihazının ilk videosu Reddit portalında təqdim olunub.
Sözügedən cihaz klaviaturadır. Bu klaviatura hər bir tətbiqə
uyğunlaşaraq ona görə öz görünüşünü dəyişə bilir. Onun naqili yoxdur və düymələri
müəyyən tətbiqə uyğun şəkildə aktiv olur. Videonu təqdim etmiş Reddit istifadəçisinin
qeyd etdiyinə görə o, "Apple”ın qapalı prezentasiyasında olub. Öz dediklərinə
sübut olaraq istifadəçi, iMac ilə çalışan yeni nəsil klaviaturanın videosunu təqdim
edib. Foxconninsider adlı istifadəçi bildirib ki, öz qapalı prezentasiyası çərçivəsində
şirkət iki yeni cihazı təqdim edib. Bu cür video və xəbərdən sonra sadəcə gözləmək
qalır ki, şirkət bu cihazları satışa çıxaracaq yoxsa onlar prototip mərhələsində
qalacaqlar.
Paylaş
Bənzər xəbərlər