
"Apple"ın yeni iPhone 8 seriyası telefonları 3 fərqli formaya sahib olacaq
Elm & Texnologiya
07.05.2017
Farid
Apple, gələn il 3 fərqli iPhone 8 modeli tanıdacaq.
"Apple” hələ yeni iPhone 7 modelini
tanıtmağa başlarkən Tayvanda yerləşən Nikkei adlı veb sayt önümüzdəki il nümayiş olunacaq iPhone 8 modelləri ilə əlaqədar ciddi iddialar ortaya qoydu. Yer
alan xəbərə inanacaq olsaq "Apple” gələn il 3 fərqli ekran ölçüsünə sahib
iPhone 8 modeli tanıdacaq. 4.7 və 5.5 inçlik ekran ölçüləri öz ənənələrinə
sadiq qalacaq. Bundan əlavə başqa bir 5 inçlik model də tanıdılacaq. 4.7 və 5
inçlik modellərdə LCD ekranın yer
alacağı haqda məlumat verən sayt, 5.5 inçlik modelin OLED ekrana sahib olacağını açıqlayıb. Bundan əlavə iPhone 8 modelləri
bütünlüklə şüşə örtük ilə dizayn olunacaq. Bu texnologiya, Çin mərkəzli Lens Texnology və Biel Crystal Manufactory tərəfindən həyata keçiriləcək.
iPhone 8 modelinin tanıtımına 10 aydan çox
vaxt qalmasına baxmayaraq, Apple-ın yeni modeli haqda xəbərlər gəlməkdədir. Digər
tərəfdən bu modellər haqda məlumatların yayılması şirkətin yeni cihazlarına nə
qədər çox maraq olduğunu gözlər önünə sərir. Ümid edirik ki, "Apple”ın yeni
cihazları həm dizayn, həm də proqram təminatı baxımından istifadəçiləri
sevindirəcək.
Paylaş
Bənzər xəbərlər