AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli hesab edir

AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli hesab edir

Texnologiya
26.11.2021 PAYLAŞIM

    Metakainatların (metaverse) yaradılmasının hansı nəticələrə gətirib çıxaracağını öncədən proqnozlaşdırmaq mümkün deyil. Böyük texnoloji şirkətlərin bizim real dünyamıza artırılmış virtural reallıq texnologiyalarını tədricən inteqrasiya etmələri ilə adi istifadəçilər üçün risklər daha da böyüyürlər. AR texnologiyanın (Artırılmış Reallıq) yaradıcılarındna biri olan Louis Rosenberg bu məsələdə insanların böyük zərər çəkə biləcəkləri barəsində xəbərdarlıq edib. Elmi və biznes sahələrdə məşhur olan tədqiqatçı və sahibkar Louis Rosenberg Unanimous A.I. adlı şirkətin rəhbəri vəzifəsində çalışır. 1992-ci ildə isə Rosenberg-in yaratmış olduğu texnologiyalar əsasında Virtual Fixtures adlı ilk AR sistem təqdim edilmişdi. Həmin AR sistem ABŞ-ın Hərbi Hava Qüvvələrinin pilotlarının məşqləri üçün nəzərdə tutulmuşdu. Rosenberg-in fikrincə metakainat istifadəçilər üçün istənilən sosial şəbəkədən daha təhlükəli ola bilər.

    Onun fikrincə artırılmış reallığın və ümumilikdə metakainatın məqsədi virtual kontentin daha təbii formada təqdim edilməsidir. Bu isə o deməkdir ki, AR sistem istifadəçinin şüurundakı mümkün sərhədləri pozaraq və onun gündəlik təcrübələrini təhrif edərək reallıq hissini dəyişə bilər. “Şəxsən mən bunu qorxuducu hesab edirəm. Çünki artırılmış reallıq cəmiyyətin bütün fundamental özəlliklərini dəyişir və bu dəyişiklik heç də həmişə yaxşıya doğru getmir” - deyə Rosenberg qeyd edib. Onun fikrincə yaxın gələcəkdə artırılmış reallıq gündəlik həyatın bütün sahələrində ayrılmaz hissəyə çevriləcək və o, media sahəsindəki platformaların bu cür sistemlərdən istifadə edə bilmələrindən narahatdır. Rosenberg-in sözlərinə əsasən sosial medialar istifadəçi kütləsinin nəyi görə biləcəklərini filtrdən keçirtməklə artıq indidən reallığı dəyişə bilmək gücünə sahibdirlər.


    “Fakt ondan ibarətdir ki, biz indi daha təhlükəli zamanda yaşayırıq və artırılmış reallıq mövcud olan təhlükə səviyyəsini bizim daha öncə görmədiyimiz daha üst səviyyəyə yüksəltmək potensialına sahibdir” - deyə Rosenberg əlavə edib. O xəbərdarlıq edib ki, artırılmış reallığın bizim həyatımıza inteqrasiyası faktiki olaraq bir istiqamətə olan biletdir. Virtual problemlərdən azad olmaq üçün isə virtual cihazdan istifadəni dayandırmaaq kifayət etməyəcək. Bu isə o deməkdir ki, adi istifadəçi sosial, iqtisadi və intellektual sahələrdəki üstünlüklərini tez bir zamanda itirəcək. Bununla belə Rosenberg bu cür texnologiyaların müsbət tərəflərinin olduğunu da inkar etmir. Onun sözlərinə əsasən bu cür texnologiyaların vasitəsilə həkimlər əməliyyatların öhdəsindən daha tez və rahat gələ, inşaatçılar, mühəndislər, alimlər və digərləri öz sahələrində daha üst səviyyəyə yüksələ biləcəklər. Əyləncə və təhsil sahələrində isə əsl inqilab baş verəcək. Bununla belə Rosenberg hamını diqqətli olmağa çağırır. Belə ki, bu cür texnologiyalar cəmiyyəti iki hissəyə ayıra bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Snapdragon 8 Gen 1 prosessorlu smartfonların ön kameraları daimi şəkildə aktiv o..

Snapdragon 8 Gen 1 prosessoruna sahib olacaq smartfonların ön kameraları daimi şəkildə aktiv olacaql..


Alimlər duz dənəciyi ölçüsündə rəngli HD kamera yarada biliblər

Prinston və Vaşinqton Universitetlərindən olan alimlər duz dənəciyi ölçüsündə kamera yarada biliblər..


Yeni Snapdragon 8 Gen 1 flaqman mobil prosessoru təqdim olunub

Baş vermiş çoxlu sayda məlumat sızıntısından sonra Qualcomm şirkəti sonunda özünün yeni flaqman pros..


Çindən olan kriptovalyuta maynerləri Qazaxıstanda elektrik enerjisi kəsintilərin..

2021-ci ilin əvvəlindən başlayaraq Çin hökuməti Çində kriptovalyuta mayninqi ilə mübarizə aparmağa b..


Alimlər öz kopyalarını istehsal edə bilən və PacMan-a bənzəyən bioloji ksenobotl..

Beynəlxalq alimlər komandası mikroskopik ölçüdə olan canlı orqanizmlər yarada biliblər. Yaradılmış o..


Apple bəzi cihazları üçün nəzərdə tutulmuş naqilsiz şarj stansiyasını təqdim edə..

Bloomberg saytının verdiyi məlumata əsasən Apple şirkəti AirPower adlı naqilsiz şarj stansiyasından ..

×