Arnold Schwarzenegger, elektrikli Hummer modelini təqdim etdi (VİDEO)

Arnold Schwarzenegger, elektrikli Hummer modelini təqdim etdi (VİDEO)

Texnologiya
21.09.2017 PAYLAŞIM

Avstriyada fəaliyyət göstərən Kreisel Electric adlı startap, adi avtomobilləri, elektrik versiyalara çevirməklə tanınır və o, bu həftə tədqiqat mərkəzini istifadəyə verib.

Bununla yanaşı startap, tamamilə elektrikli Hummer modelini təqdim edib. Electrek saytının məlumatına əsasən elektrikli Hummer modelini, Arnold Schwarzenegger təqdim edib. Təqdimatın aparıcılıq rolu üçün məhz Arnold-un seçilməyi bəlkə də ən yaxşı üsuldur. Belə ki, məşhur aktyor və Kaliforniyanın keçmiş qubernatoru, ekoloji təmiz mühitə keçməzdən öncə Hummer modelinin əsas pərəstişkarı idi. Bu il sözügedən startap, Arnold üçün tamamilə elektrikli Mercedes G-Class modelini hazırlamışdı. İndi isə o, startapın yeni tədqiqat mərkəzinin açılışında və elektrikli Hummer-in təqdimatında iştirak edib.

Kreisel Electric, qış fəslində mənim Mercedes markalı avtomobilimi tamamilə elektrikli versiyaya çevirdi. İndi isə növbə Hummer-dədir. Əgər onlar həminki temp ilə davam etsələr, onda mən gələn dəfə elektrikli təyyarə ilə gələcəm” – deyə məşhur aktyor bildirib.


Startapın əsas iş istiqaməti, elektromobillər üçün batareyaların istehsal olunmasıdır. Öz texnologiyalarını sərgiləmək üçün şirkət, məşhur avtomobil modellərinin elektrikli versiyalarını yaradıb. Onların sırasında 55 kilovat saat batareya həcminə sahib Volkswagen Golf və qiyməti 1 milyon dollar olan Porsche 910 modeli var.


Biz, elektrikli Hummer prototipini, H1 modeli əsasında 2 ay ərzində ərsəyə gətirdik. O, Kreisel Electric istehsalı olan yüksək effektivli batareyalar (100 kilovat saat tutumlu) və ümumilikdə 490 at gücünə sahib iki elektik mühərriki ilə təchiz olunub. Elektrikli Hummer, saatda 120 km-ə kimi sürət yığır, bir dəfə şarj olunmaqla 300 km yoll qətt edə bilir və onun çəkisi 3.300 kq-dır” – deyə şirkət rəsmiləri qeyd ediblər.

Elektrikli avtomobillər sahəsi getdikcə daha yüksək sürətlə inkişaf edir və bir çox şirkətlər bu tərz avtomobillərin istehsalına öz diqqətlərini ayırırlar. Dünən verdiyimiz məlumata əsasən alman avtomobil sənayesi bu baxımdan geridə qalır və hətta “Tesla” və Çin şirkətlərinə rəqabətdə uduza bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple bəzi cihazları üçün nəzərdə tutulmuş naqilsiz şarj stansiyasını təqdim edə..

Bloomberg saytının verdiyi məlumata əsasən Apple şirkəti AirPower adlı naqilsiz şarj stansiyasından ..


Apple şirkətinin ilk AR cihazı nə zaman təqdim olunacaq və nə zaman satışa çıxac..

İlk Apple Watch modelinin satışa çıxmasından 6 il sonra Apple şirkəti özü üçün yeni olan bazara daxi..


Cənubi Koreyanın uşaq bağçalarında uşaqların tərbiyələri ilə smart robotlar məşğ..

Cənubi Koreyanın paytaxtı Seulda yerləşən uşaq bağçalarında robotlar təhsil bələdçiləri rolunda da ç..


Xiaomi öz elektromobillərinin istehsalı üçün fərdi zavodunu inşa edəcək..

Bu ilin mart ayında Xiaomi şirkəti rəsmi olaraq elektromobil bazarına daxil olacağını elan etmişidi...


Məşhur analitik Apple şirkətinin ilk AR cihazı barəsində yeni məlumatlar verib..

Məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatına əsasən Apple şirkətinin AR cihaz (Artırılmış Reallı..


AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli he..

Metakainatların (metaverse) yaradılmasının hansı nəticələrə gətirib çıxaracağını öncədən proqnozlaşd..

×