main-post-cover

    Arrivo adlı startap Hyperloop-a bənzəyən maraqlı nəqliyyat vasitəsini təqdim etdi (VİDEO)

    Elm & Texnologiya
    16.11.2017
    Farid Pardashunas
     “Hyperloop One” şirkətinin keçmiş texniki direktoru Brogan BamBrogan tərəfindən təsis edilmiş Arrivo adlı startap sərnişinləri saatda 320 km sürətlə daşımağa imkan verəcək sürətli yolların konsepsiyasını təqdim edib.
    Bununla yanaşı o, layihənin reallaşdırılması üçün ABŞ höküməti ilə razılaşmanın əldə olunduğunu da qeyd edib. Sürətli yollarda hərəkət etmək üçün sərnişinlər xüsusi nəqliyyat növlərindən istifadə edəcəklər. Bura yüngül və yük maşınları, adi avtomobillər üçün olacaq nəqliyyat platformaları aid ediləcək. Güman olunur ki, xüsusi nəqliyyat vasitəsi həmin sürətli yollarda maqnit levitasiyası vasitəsilə hərəkət edəcək və hətta adi yollarda da istifadə ediləcək.

    Məlumata əsasən sürətli yolun ilk versiyasının Denver şəhərində tikilməsi üçün Arrivo artıq Kolorado ştatının nəqliyyat idarəsi ilə razılıq əldə edib. Güman olunur ki, həmin sürətli yol artıq varolan adi yolların yanında tikiləcək və onun vasitəsilə şəhər mərkəzindən hava limanına qədər 9 dəqiqə ərzində çatmaq olacaq. Adi üsul ilə isə həmin yol 55 dəqiqə ərzində qətt olunur. Şirkət ilk sürətli yolun tikilişinin 2019-cu ildə sona çatdırılmasını və 2021-ci ildə sərnişin daşınmasını işə salmağı planlaşdırır. “SpaceX”in keçmiş mühəndisi Brogan BamBroganHyperloop One” şirkətində texniki direktor vəzifəsindən ayrılandan sonra Arrivo startapını təsis etmişdi.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər