
Artıq Shazam-da musiqiləri videoları ilə izləyə biləcəksiniz
Elm & Texnologiya
07.05.2017
Farid
Shazam bir çoxlarının sevə-sevə istifadə etdiyi ən populyar tətbiqlərdən biridir. Belə ki, bu tətbiqin köməyilə siz mahnının kimə aid olduğunu tez bir zamanda öyrənə bilirdiniz. Amma bu yeniliklə artıq mahnını izləyərək dinləyə biləcəksiniz.
Shazam-ın tərkibində 1800-dən çox müğənni
yer almaqdadır. Shazam istifadəçilərinin sayı 3 milyard nəfər təşkil edir.
Shazam-ın bu qədər məşhur olmasının səbəbi axtarılan musiqinin tez tapılmasıdır.
Belə ki, musiqini Shazam-a dinlətməklə musiqinin kim tərəfindən oxunduğunu,
mahnının adını öyrənə bilərsiniz.
Verilən məlumatlara görə, Shazam ilə Vadio-nun etdiyi yeni ortaq çalışma nəticəsində təqdim olunacaq
yenilik bu tətbiqi sevənləri daha da sevindirəcək. Əvvəllər axtardığınız
mahnını olduğu kanala (YouTube və Dailymotion) yönləndirərək , dinləyirdiniz.
Bu yenilik ilə artıq tapdığınız mahnını Shazam-ın öz tətbiqi üzərindən videosu
ilə birlikdə dinləyib izləyə biləcəksiniz.
Paylaş
Bənzər xəbərlər