Logo
    main-post-cover

    Artıq tarlalarda sürücüsüz traktorlar işləyəcək! (VİDEO)

    Sürücüsüz avtomobil, avtobuslardan sonra artıq kənd təsərrüfatı sahəsi üçün də sürücüsüz hərəkətə gələn iş maşınlarının dövrü başlayır. 
     
    Amerikada CASE IH adlı şirkətin hazırladığı xüsusi traktor bacarıqlarıyla həm fermerlərin işlərini asanlaşdırır həm də xərcləri xeyli azaldır. 
     

     
    Radar, kamera və GPS-lə təchiz olunan bu traktor tarlanı nəzərdən keçirir və özünə ən uyğun yeri seçdikdən sonra verilən tapşırıqları sıra ilə yerinə yetirməyə başlayır.
     
    Torpağı şumlama, əkmə, dərmanlama və biçin işlərini digərlərinə nisbətən çox daha asan yolla həyata keçirən bu traktor eyni zamanda fermerlər tərəfindən uzaqdan tablet vasitəsilə nəzarətdə saxlana bilir. 
     
    Ən maraqlı məqam isə ondadırki, belə traktorların bir neçəsi birlikdə müxtəlif tapşırıqları eyni sahədə yerinə yetirə bilir. Qarşılarına hər hansısa bir maniyə çıxdıqda və ya texniki problem yarandıqda isə siqnalla və tətbiqetmə ilə fermerə xəbər verillər. 
     
    Hal hazırda konsept mərhələsində olan bu traktorun istehsala başlamasına az bir vaxt qalıb. Aşağıdaki videodan traktorların necə işlədiklərinə baxa bilərsiniz.

    Paylaş
    Bənzər xəbərlər