
Artıq telefonunuzu bir toxunuşla şarj edə biləcəksiniz (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
Miçiqan Universitetinin alimləri ekrana bir toxunuşla mobil telefonu enerji ilə təmin edən cihazı təqdim ediblər.
Yeni cihaz, nanogenerator (ferroelectret nanogenerator və ya FENG) adlanır və görünüşcə smartfon ilə planşet ekranının üzərini örtən nazik
lentə bənzəyir. Nanogenerator, maye kristallik ekrana istənilən toxunuş sayəsində
enerji hasil edir. "Biz artıq o zamana yaxınıq ki, üzərimizdə gəzdirdiyimiz
cihazlar bizim enerjimizlə çalışacaqlar. Yaxın gələcəkdə biz, cihazlarımızı
xüsusi naqillər vasitəsilə enerji yığmaq dərdindən qurtulacağıq. Həmin cihazlar
insan bədəninin hərəkətləri sayəsində elektroenerji ilə təmin olunacaqlar” – deyə
tədqiqatçı qrupun rəhbəri Nelson Sepulveda bildirib.
Cihaz, üzərində biouyğunlaşan metarial laylarından ibarət silisium plastin ilə təchiz olunub. Hər bir lay, əlavə olaraq ion metalları ilə
o qədər zənginləşir ki, sistemin hər bir layında elektrikləşdirilmiş hissəciklər
olur. Bu cür sistemdə elektroenerji, istənilən mexaniki hərəkətdə yaranır. Məsələn
barmaq toxunuşunda. FENG çox kompakt ölçüdədir və bir vərəq qədər nazikdir.
Hal-hazırda alimlər, enerjini cihaza naqilsiz şəkildə ötürə biləcək və
ayaqqabıya qoşula biləcək bu cür cihaz üzərində çalışırlar. Beləliklə insan
addım atarkən enerji hasil olunacaq və cihaz şarj olunacaq.
Paylaş
Bənzər xəbərlər