
Artıq Uber restoran seçimində müştərilərinə köməklik göstərəcək
Elm & Texnologiya
07.05.2017
Farid
Uber, artıq yemək üçün münasib yer axtaran şəxslərə restoran məsləhət görəcək.
Bir restorana gedərkən orda yemək yemədən
necə xidmət göstərildiyi haqda fikir demək çox çətindir. Bunu nəzərə alan Uber,
artıq sizin işinizi biraz daha asanlaşdıracaq. Yəni ən çox gedilən restoran
yerlərini sizə tövsiyyə edəcək. Bunun üçün Uber öz istifadəçilərinin ən çox
getdiyi restoranları analiz edərək digərlərinə məsləhət verəcək.
Bir çox müştərisi olan Uber insanların
hansı məkana getmək üçün xidmətdən istifadə etdiyini analiz edəcək. Beləliklə,
gələcəkdə Uber-dən yalnız taksi xidməti üçün deyil, restoran məsləhəti almaq
üçün də istifadə edə biləcəyik.
Bu yenilik gələcəkdə Uber-lə restoranların əməkdaşlığı
üçün zəmin yarada bilər.
Paylaş
Bənzər xəbərlər