Logo
    "Artıq" düymə Win nəyə lazımdır?

    "Artıq" düymə Win nəyə lazımdır?

    Win düyməsi təkcə Start açmaq üçün nəzərdə tutulan bir düymə deyil. Bu gün sizlərlə bu düymənin 22 maraqlı funksiyası haqqında danışacıq.
    1. Win - Start menyusunun aktiv etmək
    2. Win + B - sistem treyində (ekranın sağ aşağı küncü) ikonu aktiv edərək, sağa və sola düymələri ilə treydə hərəkət etmək
    3. Win + D - İş masasını göstərmək
    4. Win + E - Mənim kompüterim qovluğunu açmaq
    5. Win + F - Axtarışı aktiv etmək
    6. Win + L - Kompüteri kilidə salmaq
    7. Win + M - Bütün proqramları "Minimize" etmək
    8. Win + P - Əlavə monitor yaxud proyektoru aktiv etmək
    9. Win + R - "Run" komandasını aktiv etmək
    10. Win + T - Qısayol panelini aktiv etmək (Ekranın sol aşağı küncü, Start menyusunun yanı)
    11. Win + U - Xüsusi imkanlar panelini ekrana gətirmək
    12. Win + X - Windows 8-də gizli Start menyusunu aktiv etmək
    13. Win + Pause - Kompüterin göstəricilərini ekrana gətirmək
    14. Win + F1 - Windows kömək ekranı
    15. Win + 1,2,3 - Qısayol panelində müvafiq proqramı aktiv edir
    16. Win + Shift + 1,2,3 - Qısayol panelində siçanın orta düyməsinin sıxılmasını əvəz edir. 
    17. Win + Alt + 1,2,3 - Eyni proqramın müxtəlif pəncərələrini tez dəyişmək imkanı. 
    18. Win + Yuxarı ox - Pəncərəni bütün ekran ölçüsündə etmək
    19. Win + Aşağı ox - Minimize olmuş pəncərəni ekrana çıxartmaq
    20. Win + Sola yaxud sağa ox - Pəncərəni ekranın sağ ya sol tərəfinə sıxmaq
    21. Win + Shift + Sağa yaxud sola ox - Pənrəcəni sağdakı yaxud soldakı monitora keçirtmək
    22. Win + Space - İş masasına heç bir pəncərəni bağlamadan nəzərat etmək 
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...