Logo
    main-post-cover

    Artıq Whatsapp sizin iPad-də !

    Whatsapp dünyada ən məhşur messengerdi. Rəsmi olaraq messengeri Apple-ın planşet və playerlərinə yükləmək olmur. Lakin jailbreak-in köməkliyi ilə bu problemi aradan asanlıqla qaldırmaq olar. Sizə addım addım bu problemin həll yolunu göstərəcəyik. İlk öncə onu deyək ki, bunu etmək üçün sizə: PC yaxud Mac, Apple smartfonu və jailbreak olunmuş iPad/iPod Touch lazımdır. Bu üsul iPad və iPod Touch üçün tamamilə eynidir və biz iPad üzərində sizə göstərməyi planlaşdırırıq.
      
    1. İlk öncə iPad-da Cydia-ya daxil olub axtarış bölməsinə keçin
    2. Pulsuz WhatsPad proqramını tapın və yükləyin
    3. iFunBox proqramını stolüstü kompütürinizə yükləyin (Yükləmə linki)
    Artıq Whatsapp sizin iPad-də !
      
    4. Daha sonra kompüterdə iTunes-u açıb App Store-a keçin və Whatsapp-ı yükləyin
    Artıq Whatsapp sizin iPad-də !
    5. iPad-ınızı kompüterə USB vasitəsilə qoşub iFunBox proqramını açın
     
    Artıq Whatsapp sizin iPad-də !
    6. iFunbox proqramında "Install" düyməsini klikləyib, ipa Whatsapp faylını seçin
      * Fayl Mac əməliyyat sistemində
           -  ~/Music/iTunes/iTunes Media/Mobile Applications/
      * Fayl Windows əməliyyat sistemində 
            - C:UsersUsernameMy MusiciTunesiTunes MediaMobile Applications
    qovluğunda yerləşir
    Artıq Whatsapp sizin iPad-də !
    7. Whatsapp-ı seçdikdən sonra Open düyməsini klikləyin. Bu prosses cihazınıza proqramın yazılışını başladacaq. Prosses bitdikdən sonra isə asanlıqla siz iPadınızda Whatsapp-dan istifadə edə biləcəksiniz.
     
    Paylaş
    Bənzər xəbərlər