main-post-cover

    ASUS 14 düym ekrana sahib ən yüngül noutbuku təqdim edib

    Elm & Texnologiya
    08.06.2023
    Farid Pardashunas
        ASUS şirkəti bu ilin yanvar ayında keçirilmiş CES 2023 sərgisində ExpertBook B9 OLED adlı yeni noutbukunu anons etmişdi. İndi isə sözügedən noutbukun təqdimatı baş tutub. Bu, biznes seqmentinə aid olan 14 düym ölçülü ən yüngül noutbukdur. Onun çəkisi cəmi 990 qramm təşkil edir və bununla yanaşı o, qorunan gövdəyə sahibdir. ASUS ExpertBook B9 OLED noutbuku WQXGA+ keyfiyyətli 14 düym OLED ekran ilə təchiz olunub. Ekran noutbukun yuxarı hissəsinin 90% sahəsini əhatə edir.
        Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir və o, sRGB rəng diapazonunun 100%-ni əhatə edir. Noutbukun gövdəsi maqnezium-litium ərintisindən hazırlandığı üçün onun gövdəsinin çəkisi 990 qramm təşkil edir. Onu da qeyd etmək lazımdır ki, gövdə MIL-STD-810H hərbi standartı üzrə qorunur. Əsas texniki göstəricilərə gəldikdə isə ASUS ExpertBook B9 OLED noutbuku 13-cü nəsil Intel Core i7 vPro prosessoru və LPDDR5x standartlı 64 GB RAM ilə təchiz olunub. Bununla yanaşı noutbuk özündə aktiv soyutma sistemini birləşdirir. Belə ki, noutbukun gövdəsi daxilində 2 ədəd pər mövcuddur.
        Noutbuk özündə USB Type-C (Thunderbolt 4), USB-A 3.2, HDMI 2.1 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Noutbuka 4K keyfiyyətli 3 ədəd xarici monitoru qoşmaq mümkündür. Şirkətin verdiyi məlumata əsasən noutbuk bir dəfə şarj olunandan sonra 11 saat ərzində çalışa bilir. ASUS ExpertBook B9 OLED Windows 11 Pro vasitəsilə çalışır. ASUS bu yeni noutbukun nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində hələ heç bir məlumat verməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər