main-post-cover

    ASUS 540 Hz-lik təsvir yenilənməsinə sahib yeni gaming monitorunu təqdim edib

    Elm & Texnologiya
    09.01.2023
    Farid Pardashunas
        ASUS şirkəti CES 2023 sərgisi çərçivəsində gamerlər üçün nəzərdə tutulmuş iki yeni monitor modelini təqdim edib. Təqdim edilmiş monitorlardan biri isə 540 Hz-lik təsvir yenilənməsinə sahibdir. Lakin 540 Hz-lik təsvir yenilənməsi göstəricisinin əldə edilməsi yolunda şirkət cihazı Full HD matrisa ilə təchiz etməli olub. ASUS-un sözlərinə əsasən ROG Swift Pro PG248QP adlı monitor düymələrin kliklənməsinə yüksək sürətlə reaksiya verilməsi ilə yüksək təsvir yenilənməsinə aydın ekran görüntüsündən daha çox önəm verən oyunçular üçün nəzərdə tutulub.
        ROG Swift Pro PG248QP modeli 540 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 24 düym E-TN ekran ilə təchiz olunub. O, DCI-P3 rəng mühitinin 90%-ni əhatə edir. Monitor həmçinin NVIDIA G-SYNC texnologiyasını dəstəkləyir. Sözügedən texnologiya monitoru kompüterin videokartının və ya prosessoruna inteqrasiya edilmiş qrafikasının sərgilədiyi təsvir yenilənməsinə adaptasiya edir. ROG Swift Pro PG248QP özündə HDMI 2.0DP 1.4 girişlərini birləşdirir. ASUS-un təqdim etdiyi ikinci monitor isə ROG Swift Pro PG27AQDM adını əldə edib.
        Bu monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym OLED ekran ilə təchiz olunub. Ekran DCI-P3 rəng mühitinin 99%-ni əhatə edir. Bununla yanaşı ekran HDR texnologiyasını dəstəkləyir və onun maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Monitorun tərkibinə təkmilləşdirilmiş soyutma sistemi inteqrasiya edilib. Onun sayəsində digər analoqlardan fərqli olaraq ROG Swift Pro PG27AQDM modeli daha az qızır. Hər iki monitor bu ilin yaz fəslinin əvvəlində satışa çıxacaq. Onların satış qiymətləri barəsində heç bir məlumat verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər