ASUS 7999$-lıq oyun noutbukunun satışlarına start verib

ASUS 7999$-lıq oyun noutbukunun satışlarına start verib

Texnologiya
14.03.2023 PAYLAŞIM

    ASUS şirkəti Çində ROG Iceblade 7 adlı oyun noutbukunun satışlarına start verib. Digər regionlarda bu noutbuk ROG Zephyrus Duo 16 (2023) GX650 adı ilə tanınır. Sözügedən oyun noutbuku hal hazırda bazarda olan ən flaqman texniki parametrlər ilə təchiz olunub. Bu isə öz növbəsində onun satış qiymətinə təsir göstərib. Beləliklə ROG Iceblade 7 noutbuku özündə iki ədəd ekranı birləşdirir. Onlardan biri 240 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 16 düym əsas mini-LED ekran, digəri isə 3840x1100 piksel keyfiyyətli 14 düym köməkçi IPS ekrandır.


    İkinci ekran klaviaturanın yuxarı hissəsində yerləşir. Noutbuk həmçinin özündə Dolby Atmos dəstəkli 6 ədəd səsgücləndiricini də birləşdirir. Texniki özəlliklər baxımından ROG Iceblade 7 noutbuku 5.4 GHz tezlikdə çalışan 16 nüvəli AMD Ryzen 9 7945HX prosessoru və NVIDIA GeForce RTX 4090 videokartı ilə təchiz olunub. Noutbuk 64 GB-a kimi DDR5-480 standartlı RAM yaddaşını və hər biri 2 TB olmaqla 2 ədəd SSD-ni (PCle 4.0 NVMe M.2) dəstəkləyir. Noutbukun 32 GB RAM-a və 1 TB SSD-yə sahib versiyası 4362$-a, 64 GB RAM-a və 4 TB SSD-yə sahib versiyası isə 7999$-a satılır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Üzən Günəş panelləri 6000-dən çox şəhərin elektrik enerjisi tələbatını tamamilə ..

Aparılmış yeni tədqiqata əsasən üzən Günəş panelləri planetin müxtəlif nöqtələrində olan minlərlə şə..


Apple öz elektromobilinin salonu üçün unikal işıqlandırma texnologiyasını patent..

Apple şirkəti Project Titan adı altında bilinən layihəsi çərçivəsində hazırlanan gələcək elektromobi..


Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək.


Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

SpaceX şirkətinin CEO-su Elon Musk planetlərarası Starship kosmik raketinin ilk orbital uçuşunu anon..


Samsung Exynos 2300 prosessoru barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə insayderlər Samsung şirkətinin Exynos 2300 adlı yeni flaqman prosessoru ..


Qualcomm subflaqman və orta büdcəli smartfonlar üçün Snapdragon 7+ Gen 2 prosess..

Qualcomm şirkəti Snapdragon 7 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 7+ Gen 2..

×