Logo
    main-post-cover

    ASUS Chromebook Plus CX34 noutbuku təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    03.10.2023
    Emil
        Google yeni chromebook-u təkcə Acer ilə əməkdaşlıq çərçivəsində təqdim etməyib. Belə ki, şirkət bu mövzuda ASUS ilə də əməkdaşlıq edir. Belə ki, ASUS şirkəti Google ilə birlikdə ASUS Chromebook Plus CX34 adlı yeni noutbuku təqdim edib. Beləliklə ASUS Chromebook Plus CX34 modeli Full HD keyfiyyətli 14 düym ekranla təchiz olunub. Chromebook-un üst qapağı 180 dərəcə açıla bilir. Üstəlik noutbuka 1080p keyfiyyətli veb kamera da quraşdırılıb.
        Bununla yanaşı ASUS Chromebook Plus CX34-ün gövdəsi MIL-STD-810H dözümlülük standartına sahibdir. Sözügedən Chromebook 12-ci nəsil Intel Core i7 prosessoru vasitəsilə çalışır və özündə 16 GB-a kimi RAM-ı və 512 GB-a kimi SSD-ni birləşdirir. ASUS-un sözlərinə əsasən Chromebook Plus CX34 bir dəfə şarj olunandan sonra 10 saat ərzində çalışa bilir. Noutbuk özündə USB-C 3.2 Gen 2, USB-A 3.2 Gen, HDMI 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Cihaz həmçinin Wi-Fi 6 dəstəyinə də sahibdir. ASUS Chromebook Plus CX34 yaxın günlərdə 400$-dan başlayan qiymətlə satışa çıxacaq.
    Paylaş
    Bənzər xəbərlər