Logo
    main-post-cover

    ASUS ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib - QİYMƏTİ

        ASUS şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Yeni monitor ASUS VA27ACFSN Docking Monitor adını əldə edib. Beləliklə sözügedən yeni monitor 100 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 350 nit təşkil edir və sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monitorun gövdəsi özündə iki ədəd səsgücləndiricini birləşdirir və onlardan hər biri 2 vatt gücündədir.
        Monitorun gövdəsinə yerləşdirilmiş USB hub-a 3 ədəd USB 3.2 Type-A girişi və 2 ədəd Type-C girişi yerləşdirilib. USB Type-C girişlərindən biri DisplayPort dəstəyinə, digəri isə 90 vatt gücündə enerji ötürmə imkanına sahibdir. ASUS VA27ACFSN Docking Monitor üstəlik DisplayPort 1.2, HDMI 2.0 girişlərinə, naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişə və Ethernet girişinə sahibdir. Monitor artıq 363 avro qiymətində satışa çıxıb.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    ASUS ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib - QİYMƏTİ | Technote