main-post-cover

    ASUS ROG Ally adlı yeni portativ oyun konsolu təqdim edilib (VİDEO)

    Elm & Texnologiya
    03.04.2023
    Farid Pardashunas
        ASUS şirkəti ASUS ROG Ally adlı portativ oyun konsolunu təqdim edib. Sözügedən portativ oyun konsolu AMD-nin hibrid prosessoru vasitəsilə təchiz edilib. Lakin prosessorun texniki özəllikləri barəsində heç bir məlumat verilməyib. Sadəcə olaraq məlumdur ki, söhbət, bu konsol üçün AMD-nin hazırladığı xüsusi prosessordan gedir. Bəzi məlumatlara əsasən AMD-nin hibrid prosessoru özündə Zen 3+ nüvələrini və RDNA 3 qrafikasını birləşdirir.
        ASUS ROG Ally 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 7 düym ölçülü ekran ilə təchiz olunub. Ekranın parlaqlıq səviyyəsi isə 500 nit təşkil edir. Konsolun soyutma sistemi kimi iki ədəd pər iştirak edir. Bu portativ oyun konsoluna ROG XG Mobile adlı xarici videokartı qoşmaq olar. Onun isə əsasında GeForce RTX 4090 yerləşir. ASUS ROG Ally barəsində başqa bir məlumat yoxdur. Onun nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı da bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər