
ASUS şirkəti aprel ayının əvvəlində ROG Ally adlı portativ oyun konsolunu anons etmişdi. Portativ oyun konsolunun təqdimatı isə 11 may tarixində baş tutacaq. İndi isə sözügedən konsolun Avropa bazarında hansı qiymətə satılacağı barəsində məlumat ortaya çıxıb. Son məlumat sızıntılarına əsasən ASUS ROG Ally konsolu AMD Ryzen Z1 Extreme adlı prosessor vasitəsilə çalışacaq və özündə 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 7 düym ekranı, 16 GB RAM-ı və 512 GB SSD-ni birləşdirəcək. Məlumata əsasən portativ oyun konsolu Avropa bazarında 800 avro qiymətində satılacaq. Bununla yanaşı insayderlər bildiriblər ki, ROG Ally-nin AMD Ryzen Z1 prosessoru vasitəsilə çalışacaq versiyası da olacaq. Lakin onun hansı qiymətə satılacağı bilinmir.