
ASUS ROG Ally portativ oyun konsolunun hansı qiymətə satılacağı məlum olub
Elm & Texnologiya
27.04.2023
Emil
1 aprel tarixində ASUS şirkəti ROG Ally adlı portativ oyun konsolunu anons etmişdi. Həmin vaxtda şirkət onun texniki özəllikləri və ya satış qiyməti barəsində konkret məlumatlar verməmişdi. Bir neçə müddət bundan öncə isə şirkət ROG Ally portativ oyun konsolunun təqdimatını anons etdi. Portativ yun konsolunun təqdimatı 11 may tarixində baş tutacaq. İndi isə insayderlər onun satış qiyməti barəsində məlumat veriblər. İnsayderlərin sözlərinə əsasən ASUS sözügedən portativ oyun konsolunu 700$-a satmağı planlaşdırır. Gözləntilərə əsasən ROG Ally 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 7 düym ekran, AMD Z1 Extreme prosessoru, Radeon 780M qrafikası, 16 GB RAM və 512 GB SSD ilə təchiz olunacaq.
Paylaş
Bənzər xəbərlər