
ASUS ROG Swift OLED PG34WCDM adlı yeni gaming monitor təqdim edilib
Elm & Texnologiya
24.08.2023
Emil
ASUS şirkəti özünün ROG brendi altında yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş yeni gaming monitoru ASUS ROG Swift OLED PG34WCDM adını əldə edib. Beləliklə ASUS-un yeni gaming monitoru 240 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 34 düym OLED ekran ilə təchiz olunub. Ekran əyilmiş dizaynda reallaşdırılıb və onun maksimal parlaqlıq səviyyəsi 1300 nit təşkil edir. Ekran üstəlik NVIDIA G-SYNC texnologiyasının dəstəyinə sahibdir.
ASUS ROG Swift OLED PG34WCDM özündə DisplayPort 1.4, HDMI 2.1, USB 3.2 Type-A və USB Type-C girişlərini birləşdirir. Monitorda olan USB Type-C girişi həmçinin Power Delivery protokolunu dəstəkləyir və onun gücü 90 vatt təşkil edir. Bu isə o deməkdir ki, monitorun USB Type-C girişini digər cihazların şarjı üçün istifadə etmək olacaq. ASUS ROG Swift OLED PG34WCDM-ın satışlarına gələn il start veriləcək. Onun hansı qiymətə satılacağı barəsində məlumat isə daha sonra təqdim ediləcək.
Paylaş
Bənzər xəbərlər