Logo
    main-post-cover

    ASUS TUF Gaming VG249Q3A adlı yeni gaming monitoru təqdim edilib

        ASUS şirkəti TUF Gaming VG249Q3A adlı yeni gaming monitorunu təqdim edib. Sözügedən yeni gaming monitoru yüksək təsvir yenilənməsinin dəstəyi və görüntü keyfiyyətinin yaxşılaşdırılmasına istiqamətlənmiş texnologiyalara sahib olması ilə fərqlənir. Beləliklə TUF Gaming VG249Q3A monitoru 180 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 23.8 düym IPS ekran ilə təchiz olunub. Ekran sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Görüntü keyfiyyətinin yaxşılaşdırılması istiqamətində TUF Gaming VG249Q3A monitorunda ASUS Extreme Low Motion Blur (ELMB), AMD FreeSync Premium VESA DisplayHDR 400 texnologiyalarının dəstəyi reallaşdırılıb. Monitor özündə 2 ədəd HDMI və 1 ədəd DisplayPort girişini birləşdirir. ASUS TUF Gaming VG249Q3A bu ilin üçüncü rübündə satışa çıxacaq. Onun hansı qiymətə satılacağı barəsində bir məlumat verilməyib.
    Paylaş
    Bənzər xəbərlər