Logo
    main-post-cover

    ASUS-un 540 Hz-lik təsvir yenilənməsinə sahib monitorunun texniki göstəriciləri məlum olub

        Bu ilin əvvəlində ASUS şirkəti Las-Veqasda keçirilmiş CES 2023 sərgisi çərçivəsində unikal bir monitoru anons etmişdi. Anons edilmiş monitorun unikallığı onda idi ki, o, 540 Hz-lik təsvir yenilənməsinə sahib idi. İndi isə şirkət sözügedən monitorun texniki göstəricilərini təqdim edib. Məlum olub ki, şirkət sözügedən monitoru özünün ROG brendi altında hazırlayıb və o, ASUS ROG Swift Pro PG248QP adını əldə edib. Monitor Full HD keyfiyyətli 24.1 düym E-TN ekranla təchiz olunub.
        Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir və o, sRGB rəng diapazonunun 125%-ni əhatə edir. Ekran üstəlik SDR, HDR NVIDIA G-SYNC-i dəstəkləyir. ASUS ROG Swift Pro PG248QP özündə 2 ədəd HDMI 2.0 girişini, 1 ədəd DisplayPort 1.4 girişini, 2 ədəd USB 3.2 Gen 1 Type-A girişini və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi birləşdirir. ASUS sözügedən monitorun nə zaman satışa çıxacağını və hansı qiymətə satılacağını hələ açıqlamayıb.
    Paylaş
    Bənzər xəbərlər