Logo
    main-post-cover

    ASUS-un ROG Ally adlı portativ oyun konsolunun texniki özəllikləri məlum olub

        ASUS şirkəti 1 aprel tarixində ROG Ally adlı portativ oyun konsolunu təqdim etmişdi. Lakin həmin vaxtda şirkət onun texniki göstəriciləri barəsində ətraflı məlumat təqdim etmədi. İndi insaydelər bunu şirkətin əvəzinə ediblər. Beləliklə insayderlərin vermiş olduqları məlumatlara əsasən ASUS ROG Ally portativ oyun konsolu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 7 düym ekranla təchiz olunacaq və ekranın parlaqlıq səviyyəsi 500 nit təşkil edəcək.
        ROG Ally AMD şirkətinin castom prosessoru vasitəsilə çalışacaq və özündə Radeon 780M qrafikası ilə LPDDR5 standartlı 16 GB RAM-ı birləşdirəcək. Bundan əlavə olaraq portativ konsol 512 GB-lıq SSD, microSD kart girişi, iki pərdən ibarət soyutma sistemi və Dolby Atmos dəstəkli stereo səsgücləndiricilər əldə edəcək. ROG Ally Windows 11 vasitəsilə çalışacaq və Steam də daxil olmaqla müxtəli oyun platformalarının dəstəyini əldə edəcək. Məlumatlara əsasən portativ konsolun satışlarına bu ilin ikinci yarısında start veriləcək. Onun hansı qiymətə satılacağı isə bilinmir.
    Paylaş
    Bənzər xəbərlər