main-post-cover

    ASUS Vivobook 16 noutbuku təqdim edilib

    Elm & Texnologiya
    08.06.2023
    Farid Pardashunas
        ASUS şirkəti Vivobook noutbuk seriyasının yeni modelini təqdim edib. Yeni model Vivobook 16 adlanır. Sözügedən noutbuk özündə nazik və yüngül ekranı, AMD prosessorunu və OLED ekranı birləşdirir. Beləliklə ASUS Vivobook 16 noutbuku 120 Hz-lik təsvir yenilənməsinə sahib 3.2K keyfiyyətli 16 düym OLED Nano Edge ekran ilə təchiz olunub. Ekran DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir və onun maksimal parlaqlıq səviyyəsi 550 nit, ekran gövdə nisbəti isə 16:10 təşkil edir.
        Bununla yanaşı ekran TÜV Rheinland sertifikatına sahibdir və bu, istifadəçi gözləri üçün zərərli olan göy işıqdan qorunmanı təsdiqləyir. Əsas texniki göstəricilər baxımından Vivobook 16 modeli AMD Ryzen 7000H prosessoru, 16 GB RAM, 1 TB-a kimi SSD 70 vatt saatlıq batareya ilə təchiz olunub. Noutbuk özündə aktiv soyutma sistemini birləşdirir. Onun gövdəsində USB Type-C 3.2 Gen 1, USB Type-A 3.2 Gen 1, USB 2.0, HDMI girişləri, 3.5 mm-lik audiogiriş və barmaq izi skanı mövcuddur. ASUS Vivobook 16-nın nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumat daha sonra veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər