
Asus Zenfone 4, 6 GB RAM ilə əjdaha kimi gələcək
Elm & Texnologiya
07.05.2017
Farid
Asus-un bu il təqdim edəcəyi yeni canavarı ZenFone 4-ün ilkin detalları ortaya çıxdı.
ZenFone
2 ilə zirvəyə çıxmağa çalışan, ancaq Intel prosessorunun qəzəbinə rast gələnAsus, ZenFone 3-də isə yüksək səviyyə model yerinə orta səviyyə bir ZenFone 3
ilə qarşımıza çıxmışdı.
İndi
isə işini sağlama alaraq, Samsung Galaxy S8, LG G6, HTC 11 kimi telefonlara rəqib
olmaq istəyən Asus, ZenFone 4-ün hazırlıqlarını sonlandırmağa çox yaxındır.
Böyük ehtimalla Mobil Dünya Konqresin-də xüsusi bir təqdimat ilə təqdim ediləcək
olan Asus ZenFone 4-ün GFX Bench-ə düşən detallarına görə telefon bu səfər 5.7
inç böyüklüyündə və 2K ekran keyfiyyətinə sahib bir telefon olacaq.
Qualcomm
Snapdragon 820 prosessoru, Adreno 530 qrafik prosessor vahidi, 6GB RAM və 64GB
yaddaş sahəsi ilə gələcək olan cihaz, 21MP arxa və 8MP ön kamera ilə yanaşı Android 7.0 Nougat ilə qutudan çıxacaq.
Təbiiki
bu sadəcə ZenFone 4-ün xüsusiyyətləridir. Bunun yanında ZenFone 4 Zoom, ZenFone 4 Laser, ZenFone 4 Max və
ZenFone 4 Deluxe kimi versiyaların da hər il olduğu kimi bu dəfə də gələcəyini
güman edirik.
Paylaş
Bənzər xəbərlər