main-post-cover

    Automaks - Azərbaycanın ilk Nəqliyyat Telematikası və diaqnostikası cihazlarının istehsalçısı

    Elm & Texnologiya
    01.02.2018
    Farid Pardashunas
        Təsəvvür edin, bizness əməliyyatlarında nəqliyyata əsaslanan şirkət sahibisiniz. İş zamanı sürücülərinizin davranışına necə nəzarət edirsiniz? Onların nəqliyyat kimi dəyərli resursunuzu nəcə istismar etdiyini, təhlükəli sürüb-sürmədiyini necə müəyyən edirsiniz? İcazəsiz nəqliyyat vasitələrinizin istifadə edilməsini necə bililrsiniz? Müştərilərinizə çatdıracağınız malların dəqiqliklə nə vaxt çatacağını müəyyən edə bilirsinizmi? Bunun üçün sürücülərinizlə birlikdə nəzarət funksiyasını həyata keçirən yeni bir işçimi işə alırsınız? Bu sizin bizness xərclərinizi çox artırar, deyilmi? Narahat olmayın, Nəqliyyat telematikası və diaqnostikası cihazlarının Azərbaycanda ilk istehsalçısı Automaks bütün sadalanan nəzarət və izləmə funksiyalarını kompüterinizin başından həyata keçirmək üçün sizlərə imkan yaradacaq. Bəs Nəqliyyat Telematikası nədir?
        Nəqliyyat Telematikası texnologiyası on beş il öncə təqdim olsunmasına baxmayaraq, son dövrlərə qədər bu texnologiya yalnız nəqliyyatın yerini göstərmək üçün istifadə olunurdu. Lakin İnformasiya Texnologiyaların inkişafı, smartfonların kütləvi yayılması, Əşyaların İnterneti (ing. İnternet of Things) Nəqliyyat telematikasının da sürətlə inkaş etməsinə səbəb olmuşdur. Geniş anlamda Telematika Telekommunikasiya və İnformasiya Texnologiyaları ilə birləşərək nəqliyyat kimi uzaqda olan obyektə informasiya ötürmək, informasiya almaq, informasiyanı saxlamaq imkanı yaradır.
    Bəs bu məlumatlar nəqliyyat sahiblərinə və ya biznesslərə necə ötürülür?
        İkitərəfli kommunikasiya (1. avtomobil-Mərkəzi İdarə etmə sistemləri, 2.Mərkəzi İdarəetmə sistemləri-avtomobil) avtomobilə yerləşdirilən sensorlu cihazlar vasitəsi ilə informasiya peyk şəbəkəsinə, daha sonra isə web əsaslı interfeysə və ya mobil tətbiqlərə göndərilir.
         Qeyd etdiyimiz kimi, bizness əməliyyatlarında nəqliyyata əsaslanan şirkətlər tədricən daha çox Nəqliyyat Telematikasından istifadə etməyə başlayırlar. Çünki nəqliyyat vasitələrinin davranışına nəzarət etməklə bizneslər məhsuldarlığı artırır, əmək xərclərini aşağı salır, yanacaq sərfiyyatına nəzarət edir, müştəri məmnuniyyətini artırır, nəqliyyatın və sürücülərin təhlükəsizliyini və əmniyyətini artırır, əməliyyat xərclərini endirir və icazəsiz nəqliyyat istifadəsinin qarşısını alır.
         Ölkəmizdə də Nəqliyyat Telematikası texnologiyalarından istifadə edən şirkətlərin sayı gün keçdikçə çoxalır. Ancaq, son illərə qədər bu istiqamətdə yerli istehsal olmadığına görə Nəqliyyat Telematikası texnologiyaları ölkəmizə Cənubi Koreya, Turkiyə, Çin və digər ölkələrdən idxal edilirdi. Nəticə etibarı ilə, şirkətlər daha baha qiymətə texnoloji cihazlar alır və baha qiymətə Nəqliyyat Telematikası xidmətlərindən istifadə edirdilər. Bir sıra hallarda isə biznesslər Nəqliyyat Telematikası xidmətləri göstərən şirkətlər tərəfindən istədikləri xidmətləri ala bilmirdilər.
         Yaxşı xəbər odur ki, bu istiqamətdə yerli istehsal ənənəsi formalaşdıran şirkət artıq var. 2016-cı ildən fəaliyyətə başlayan Automaks, Nəqliyyat telematikası və avtomobil diaqnostikası cihazlarının dizaynı, istehsalı və satışı üzrə ixtisaslaşıb. Şirkətin əsas məqsədi Nəqliyyat Telematikası və diaqnostikası üzrə yerli biznesslərin idxaldan asılılığını azaltmaq, daha ucuz, daha funksional və daha keyfiyyətli cihazları yerli bazara təqdim etmək, müştərilərin avtomobillərinin təhlükəsizliyini artırmaq, əməliyyat xərclərini aşağı salmaq, sürücülərin sürmə davranışlarına nəzarət etməklə avtomobillərin sıradan çıxma hallarını azaltmaq və avtomobillərin daha uzun müddət müştərilərə xidmət göstərməsinə imkan yaratmaqdır.
         Sərnişin daşıma şirkətisiniz? Nəqliyyat vasitələrinizə hərəkət marşurutu müəyyən edin və marşrutdan çıxma halları baş verən kimi dərhal məlumat alın. Yük daşıma şirkətisiniz? Nəqliyyat vasitənizin harda olduğunu və müştərilərinizə yükün tam dəqiqliklə nə zaman çatacağını bildirərək müştəri məmnuniyyətini artırın. Transport şirkətisiniz? Sürücülərinizə sürət limiti təyin edin və sürət limiti aşıldıqda dərhal məlumat əldə edin. Sığorta şirkətisiniz? Sığortaladığınız nəqliyyat vasitələrinin necə sürüldüyünü bilin və müştərilərinizə fərqli qiymət paketi hazırlayın. Automaksla sadalanan funksionallıqlar və daha çox xidmətlər artıq mümkündür.
         M2M, Əşyaların İnterneti, Böyük Data texnologiyalarının sürətli inkişafı gələcəkdə Nəqliyyat Telematikası texnologiyalarının nəqliyyat vasitələrinə daha yaxşı inteqrasiya olunmasına səbəb olacaq. Nəqliyyat vasitələri baş verəcək təhlükəni öncədən müəyyən edə biləcək, nəqliyyat vasitələri digər cihazlarlar (Telefon, digər nəqliyyat vasitələri) kommunikasiya qura biləcəklər. Bu cür sürətli texnoloji inkişafın fonunda, Automaks kimi yerli şirkətlərimizin də yeni texnoloji yenilikləri ölkəmizə gətirməsi hər birimiz üçün çox maraqlı olacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər