Avropa Birliyi Apple şirkətinə iPhone-larda şarj sürətinin məhdudlaşdırılmasına imkan verməyəcək

Avropa Birliyi Apple şirkətinə iPhone-larda şarj sürətinin məhdudlaşdırılmasına imkan verməyəcək

Texnologiya
14.03.2023 PAYLAŞIM

    Artıq məlumdur ki, Apple şirkəti gələn ildən öz məhsullarının Avropa Birliyi regionunda satılmaları üçün onları məcbur şəkildə USB Type-C girişi ilə təchiz etməli olacaq. Son məlumat sızıntılarına əsasən şirkət artıq bu ilki iPhone 15 smartfonlarında Lightning girişi əvəzinə USB Type-C girişini reallaşdıracaq. Lakin bununla belə şirkət orijinal olmayan USB Type-C naqillərinin istifadəsini məhdudlaşdıracaq. Verilmiş yeni məlumata əsasən şirkət bu üsuldan şarj sürətinin məhdudlaşdırılmasında istifadə edə bilməyəcək. Avropa Bliryinin USB Type-C ilə bağlı rəsmi qərarından sonra şirkət iPhone-larda Lightning girişinin məhz USB Type-C ilə əvəzlənməsi üzərində çalışmağa başladı.

    Avropa Birliyinin bu qərarı cihazlardan istifadə rahatlığının və elektron tullantıların miqdarını aşağı salınmasının təmin olunmsına istiqamətlənib. Lakin Apple şirkətinin orijinal olmayan naqillərdə şarj sürətini məhdudlaşdırmaq imkanı Avropa Birliyinin qanununu mənasız hala gətirə bilər. Bu halda istifadəçilər əvvəlki kimi xüsusi şarj naqili almalı olacaqlar. Verilmiş yeni məlumata əsasən Avropa Birliyi tərəfindən qəbul edilmiş qanun layihəsinin mətnində istehlakçıların şarj sürətinin məhdudlaşdırılması hallarından qorunması bəndi mövcuddur. Həmin bənd mütləq şəkildə USB Type-C girişi ilə yanaşı həmçinin cərəyan gərginliyinin 5 vatt-dan və cərəyan gücünün 3 A-dan yüksək olmadığı halda USB Power Delivery adlı sürətli şarj standartından istifadəni də təyin edir.


    Faktiki olaraq bu bənd Apple şirkətinə şarj sürətinin məhdudlaşdırılmasını qadağan edir. Lakin məlumatda qeyd edilib ki, Apple şirkəti istifadəçiləri orijinal şarj naqillərini almalarına məcbur edəcək bir üsulu mövcuddur. Belə ki, Avropa Birliyinin qanun layihəsində USB Type-C üzərindən məlumatların ötürülməsi funksiyasının məhdudlaşdırılmasına qadağa üzrə heç bir bənd yoxdur. Apple potensial olaraq bu imkandan faydalanaraq məlumatların ehtiyat kopyalarının köçürülməsi və iPhone-ların kompüterlərlə sinxronlaşdırılması prosesini yalnız sertifikatlaşdırılmış naqillər üçün aktivləşdirə bilər. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Ford şirkəti Explorer adlı elektrikli krossoveri təqdim edib - QİYMƏTİ

Təqdim edilmiş elektrikli krossover Volkswagen şirkətinin MEB adlı modul platforması əsasında qurulu..


Nothing Ear (2) naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

Nothing şirkəti növbəti yeni məhsulunu təqdim edib. Söhbət, Nothing Ear (2) adlı naqilsiz qulaqlıqda..


Üzən Günəş panelləri 6000-dən çox şəhərin elektrik enerjisi tələbatını tamamilə ..

Aparılmış yeni tədqiqata əsasən üzən Günəş panelləri planetin müxtəlif nöqtələrində olan minlərlə şə..


Apple öz elektromobilinin salonu üçün unikal işıqlandırma texnologiyasını patent..

Apple şirkəti Project Titan adı altında bilinən layihəsi çərçivəsində hazırlanan gələcək elektromobi..


Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək.


Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

SpaceX şirkətinin CEO-su Elon Musk planetlərarası Starship kosmik raketinin ilk orbital uçuşunu anon..

×